66c2df4003ad6202408245928
Safuranın həyat yoldaşı Aygünlə sevgili imiş - 8 il əvvəl... - VİDEO

“Avroviziya” təmsilçimiz Safura Əlizadə paylaşımı ilə diqqət çəkib.

Qlobal.net xəbər verir ki ki, müğənni Xalq artisti Aygün Kazımovanın trend olan “S.O.S” mahnısı ilə video paylaşıb.

Safuranın izləyiciləri isə bu videoya təəccübləndiklərini yazıblar. Buna səbəb isə ifaçının həyat yoldaşı Fərhad Əliyevin bir zamanlar Aygün Kazımova ilə eşq yaşamasıdır.

Qeyd edək ki, A. Kazımova 2016-cı ildə Afaq Gəncəliyə açıqlamasında məşhur iş adamının övladı ilə uzun müddət eşq yaşadığını, lakin qarşı tərəfin ailəsinin buna əngəl olduğunu, onun başqası ilə zorla evləndirildiyini demişdi.

Kazımova daha sonra həmin şəxsin boşanıb, ikinci dəfə müğənni ilə ailə qurduğunu əlavə etmişdi.

Sözügedən şəxs mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev idi. O, Aygün Kazımovanın tələbəsi olan Safura ilə ailə qurub. (OLAY)

19.08.2024 09:56
show 234