Saçların tez uzanması

Saçların tez uzanmasına kömək edən üsul

Saç sağlamlığına laqeyd yanaşıldıqda, qısa müddət ərzində kəpəklənmə, yağlanma, saç uclarında qırılmalar kimi bir çox problemlər ortaya çıxır. Bəs saç sağlamlığını qorumaq və onların daha gur və uzun olmasını təmin etmək üçün mütləq bazarda satılan və tərkibində hansı kimyəvi maddələrin olduğunu tam bilmədiyimiz məhsullardan istifadə etməkmi lazımdır? Əlbəttə ki, yox.

Əslində bu gün sizə bir çoxumuzun illərdir saç baxımında istifadə etdiyi üsuldan danışacağıq: Sirkə ilə saç uzatma metodundan!

Qlobal.net bildirir ki, bu günə qədər bu metodu sınamamısınızsa, təsirlərini öyrəndikdən sonra dərhal sınamaq istəyəcək, qısa zamanda əldə edəcəyiniz nəticələrə inanmayacaqsınız.

Sadəcə saçların tez bir zamanda uzanmasına deyil, eyni zamanda sizi kəpək, saç tökülməsi və həddindən artıq yağlanma kimi problemlərdən də qurtaracaq; sağlam, parlaq, gur və uzun saçlara qovuşmanızı təmin edəcək bir üsuldur bu.

O halda sözü çox uzatmadan saçlarımıza layiq olduğu dəyəri verək. Qarşınızda: Sirkə ilə saç uzatma metodu!

Vacib qeyd: Bu resept daxil olmaqla, heç bir dəri/saç maskasını həkiminizlə məsləhətləşmədən tətbiq etməyin. Hər nə qədər təbii tərkibli olsa və saç sağlamlığına faydalı hesab edilsə də, unutmayın ki, hər bir maddə hər dəri və saç tipində eyni təsiri göstərməyə bilər. Fayda əldə etmək istəyərkən, fərqinə varmadan saçlarınıza zərər verməyin. Həkiminizin tövsiyə etmədiyi heç bir maddəni və ya resepti saçınıza və ya dərinizə tətbiq etməyin. Diqqətli olun!


Sirkə ilə saç uzatma üsulu üçün lazım olan materiallar

Əslində bu metodu tətbiq etmək üçün sadəcə 2 əsas maddəyə ehtiyacınız var: Sirkə və su. Düzgün nisbətdə qarışdırıldıqda istifadəyə hazır olur. Əlavə olaraq, duş zamanı istifadəni asanlaşdırmaq üçün bu qarışımı tökə biləcəyiniz bir qab və ya sprey başlıqlı şüşə də işinizə yarayacaq.

Tələb olunanlar:

  • 1/4 stəkan alma sirkəsi

  • 4 stəkan su

  • 1 ədəd sprey şüşəsi və ya uyğun digər bir qab


Sirkə ilə saç uzatma üsulu necə tətbiq olunur?

Alma sirkəsi ilə suyu yaxşıca qarışdırdıqda, qarışım istifadəyə hazır olacaq. Duşa girin, saçınızı hər zamankı kimi yuyun və şampun qalıqlarını tam təmizlədikdən sonra bu qarışımı saçınıza köklərdən uca doğru tətbiq edin.

Əgər bu üsulu qısa zamanda effektini görmək və kəpək problemini aradan qaldırmaq üçün istifadə edirsinizsə, sirkəli suyu saçınıza tətbiq etdikdən sonra barmaq uclarınızla baş dərinizə yüngül masaj edin. Bu şəkildə təxminən 8-10 dəqiqə gözləyin. Sonra saçınızı təmiz su ilə yaxşıca durulayın və sirkəli sudan tam təmizləyin.


Tətbiq zamanı nələrə diqqət edilməlidir?

  • Bu prosesi həftədə 2 dəfədən artıq etməyin, əks halda saç dərinizdə quruluğa səbəb ola bilər.

  • Sirkəli su ilə duruladıqdan sonra saç kremi istifadə etməyin. Sirkə saçlarınızın parlaq və yumşaq olmasını təmin edəcək.

  • Sirkəli suyun pis qoxu buraxacağından narahat olmayın, saçınızı düzgün duruladığınız halda qoxu qalmaz.

  • Əgər sirkənin qoxusuna dözə bilmirsinizsə, qarışığa sevdiyiniz bir efir yağından bir neçə damcı əlavə edə bilərsiniz.

  • “Alma sirkəsi əvəzinə nə istifadə edə bilərəm?” deyə düşünənlər üçün: Marketlərdən asanlıqla əldə edilə bilən ağ sirkə də istifadə edilə bilər.


Saçları alma sirkəsi ilə yumağın faydaları

  • Sirkəli su saçın pH balansını tənzimləyərək artıq yağlanmanın qarşısını alır.

  • Baş dərisini təmizləyir və saç köklərinin hava almasına kömək edir.

  • Hava alan saç kökləri sayəsində saçlar daha sağlam və sürətli uzanır.

  • Müntəzəm istifadədə saçların gurlaşmasına dəstək olur.

  • Kəpək problemini qısa zamanda aradan qaldırır.

  • Baş dərisində qaşınma problemini azaldır.

  • Zərərli bakteriya və göbələklərin qarşısını alır, mövcud olanları isə təmizləyir.

  • Günəş, külək, yağış, fen, ütü kimi xarici təsirlərin saçda yaratdığı zədələri minimuma endirir.

    Fidan
    Qlobal.net

16.04.2025 10:43
show 46