xına qoymağın zərərləri

Saça xına qoymağın zərərləri

Təbii saç boyası olaraq tez-tez seçilən və saçları qidalandırdığı bilinən xına, yanlış istifadə edildikdə arzuolunmaz problemlərə səbəb ola bilər. Xınanın düzgün tətbiq edilməməsi saç tellərinə və baş dərisinə zərər verə bilər.

 

Qlobal.net bildirir ki, bitki mənşəli boya olan xınanın eramızdan əvvəl 7-ci əsrə aid tarixi var. İlk dəfə bədən sənəti üçün istifadə edilən bu təbii maddə zamanla saçları rəngləmək və yumşaltmaq üçün üstünlük verilməyə başlayıb. Ancaq xına hər saç növü üçün uyğun deyil.

 

Bəs xınanın saça olan zərərləri nələrdir?

 

QIRILMA VƏ QURUMA RİSKİ

Xınanın düzgün tətbiq edilməməsi saç tellərini və baş dərisini qurudur və qırılmasına səbəb olur. Mütəxəssislər xüsusilə həssas baş dərisi olan insanların uzun müddət saçlarında xına qoymaması lazım olduğunu, əks halda saçların tökülməsi və qırılmasının qaçılmaz olacağını bildirirlər.

 

NƏM İTKİSİ

Xınanın ən böyük zərərlərindən biri də saçları qurutmasıdır. Mütəxəssislər bu problemin qarşısını almaq üçün xına qarışığına aloe vera, qızılgül suyu və ya təbii nəmləndiricilərin əlavə edilməsi lazım olduğunu vurğulayırlar. Əks halda saçların bərkiyə və kövrək ola biləcəyi bildirilir.

 

KİMYƏVİ MADDƏLƏR İLƏ QARIŞDIRMAQ ZƏRƏRLİ OLA BİLƏR.

Xına qalıcı boya olduğu üçün onu saçdan çıxarmaq çox çətindir. Bu səbəbdən xınadan sonra kimyəvi boyalardan və ya ağardıcılardan istifadə saç tellərini zəiflədə və saç tökülməsinə səbəb ola bilər. Tərkibində metal duzları və əlavələri olan boyalardan qaçınmaq lazım olduğu bildirilir.

 

Mütəxəssislər xınanın təbii bir seçim olmasına baxmayaraq, şüurlu və diqqətli istifadə edilməli olduğunu, yanlış tətbiqlərin uzun müddət saç problemlərinə səbəb ola biləcəyini söyləyirlər. Xınanın faydasını artırmaq və zərərlərini minimuma endirmək üçün düzgün üsullarla tətbiq etmək tövsiyə olunur.

 

 

Səbinə

Qlobal.net

19.02.2025 10:57
show 75