Sabirabad rayonunun iki sakini elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri isə ağır yaralanıb.
Qlobal.net “Report”a istinadən xəbər verir ki, hadisə Salyan və Biləsuvar rayonlarının sərhədndə qeydə alınıb.
İlkin məlumata görə, sözügedən ərazidə Sabirabad rayon sakinləri, 1989-cu il təvəllüdlü Manafov Novruz Yarməmməd oğlu və 1998-ci il təvəllüdlü Gülməmmədov Aqşin Gülağa oğlu elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan elektrik dirəyindən yıxılıb.
Hadisə nəticəsində hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həmin şəxslərin “Azərenerji”nin əməkdaşları olduğu bildirilir.
Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda ölüb. İlkin tibbi yardım göstərilən A.Gülməmmədovun vəziyyəti ağır olduğundan, onun Bakıya göndəriləcəyi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.
***
“Azərenerji”nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev “Qafqazinfo”ya açıqlamasında hadisə iştirakçısı olan şəxslərin qurumun əməkdaşı olmadığını bildirib.