6636380393b0f202405242835
Sabir Rüstəmxanlının qızı ilə kürəkəni barışdı

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb.

OLAY-ın əldə etdiyi məlumata görə, Elçin instaqramda xanımı Aydan Rüstəmxanlını yenidən izləməyə başlayıb.

Barışığın təsdiqi kimi isə digər diqqətçəkən detal Elçinin qaynı Cəmil Rüstəmxanlı ilə birgə foto paylaşması olub.

Qeyd edək ki, boşanma xəbərlərindən sonra Elçin tam açıqlama verməmiş, o, bu söhbətlər barədə üstüörtülü danışmışdı. 

Onu da xatırladaq ki, cütlüyün Can adlı bir oğlu var.


04.05.2024 17:16
show 6761