Site icon Qlobal.Net

Sabiq nazir Ramiz Mehdiyevlə bağlı elə sözlər dedi ki… – ŞOK OLACAQSINIZ

ramiz mehdiyev 025
“Ramiz Mehdiyev orta savadlı bir adamdır. İradəsi zəif, liderlikl qabiliyyəti, oratorluğu tamamən olmayan, bütün çıxışlarında yazılanları üzündən oxuyan biri olub. Onun siyasi liderlik iddiası çox gülməlidir. O, orta məktəbi bitirəndən sonra onun gücü bir texnikuma daxil olmaq olub. Çilingər hazırlayan bir texnikum. Əmək fəaliyyətinə gəmidə çilingər kimi başlayıb. Təəssüf ki, elə çilingər kimi də qalıb”.
Qlobal.net xəbər verir ki, bunu Haqq və Ədalət Partiyasının sədri, eks-səhiyyə naziri Əli İnsanov Müsavat TV-yə müsahibəsində deyib.
Sabiq nazir deyib ki, sonra onu komsomola dəvət ediblər: “Komsomol onun əlindən tutub və bu günkü günlərə qədər gətirib. O, nə xüsusi təhsil alıb, nə xüsusi elm öyrənib. Kommunist idoelogiyasını, kommunistlərin “əxlaqını”, iş üslubunu yaxşı mənimsəyib”.
Əli insanov qeyd edib ki, Mehdiyevin gücü tutduğu vəzifədə və hüdudsuz səlahiyyətlərdə olub. “Mən onun işsiz vaxtlarını yaxşı xatırlayıram, o zaman əlaqələrimiz vardı. O, olduqca küncə sıxışdırılmış, tamamilə cəmiyyətdən təcrid olunmuş, heç kimə lazım olmayan, Xalq Hərəkatının güclü dövrlərində heç bir əhəmiyyətliliyi olmayan adam idi. Düzdü, çox ehtiyatlı adam idi, elə cəsarəti yoxdur ki, hansısa məsələyə fikir bildirsin. Mehdiyev ömrü boyu idarə olunub, o, heç kimi idarə etməyib”.

“Ramiz həbsxanaya düşsə, dözməz, Ö*LƏR orda” - Əli İnsanovdan OLAY MÜSAHİBƏ

Exit mobile version