662ded81acc00202404243233
Sabah telefon və kompüterlərdən istifadə etməyin - Bakı sakinlərinə XƏBƏRDARLIQ

Sabah Bakıda geomaqnit qasırğası olacaq.

Qlobal.net BAKU.WS-ə istinadla xəbər verir ki, axşam saat 21:00-dan etibarən başlayan qasırğa zəif kimi təsnifləndirilib.

Gemomatnit qasırğası may ayının 3-dək davam edəcək.

Maqnit qasırğaları insanlara müxtəlif yollarla təsir edir. Bu zaman meteohəssas və xroniki xəstəliyi olan insanlar, eləcə də yaşlılar daha həssas olurlar. Baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq kimi hallar müşahidə edilir. Proses tamamilə sağlam insanlardan da təsirsiz ötüşmür, qəfil qan təzyiqinin yüksəlməsi halları ilə qarşılaşılır.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

28.04.2024 10:32
show 2058