əhali
"Sabah saat 00:00-dan başlayaraq..." - Əhaliyə XƏBƏRDARLIQ

Sabah saat 00:00-dan 07:00-a qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 35.6-cı km-də hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. 

Qlobal.net bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. 

Məlumata görə, məhdudiyyət yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədardır. 

"Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur",-  məlumatda qeyd edilib.

29.05.2024 19:51
show 459