Saatlıda DƏHŞƏTLİ QƏTL: ata-oğul qonşularını boğub kanala atdı
Saatlıda DƏHŞƏTLİ QƏTL: ata-oğul qonşularını boğub kanala atdı
Saatlı rayonununda itkin düşən Şirinbəyli kənd sakini 66 yaşlı Mirhəsən Mirabdulla oğlu Seyidovun meyiti su kanalında aşkar olunub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, Mirhəsən Seyidovun onunla ədavətli olan qonşuları – 45 yaşlı Elşad Elbrus oğlu Abbasov və onun 20 yaşlı oğlu tərəfindən məftillə boğularaq qətlə yetirildikdən sonra su kanalına atılması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Saatlıda 66 yaşlı Mirhəsən Seyidovun itkin düşməsi barədə xəbər vermişdik.