Saatlıda ailə üzvləri hamilə qadını vəhşicəsinə döydü - FOTO
Saatlı rayonunda hamilə qadın döyülüb.
Qlobal.net Qafqazinfo-ya istinadla xəbər verir ki, hamilə olan T.Məmmədova ağır vəziyyətdə Abşeron Rayon Xəstəxanasına yerləşdirilib. T.Məmmədovanın yaxınları onun əri Təbriz Orucov, qayınanası və qardaşı tərəfindən vəhşicəsinə döyüldüyünü iddia ediblər: “Həkimlər
qadının ağır xəsarətlər aldığını, hamiləliyinin davam etdirilməsinin
riskli olduğunu bildiriblər. Saatlı polisindən bizimlə əlaqə saxlayıb
yenidən rayona qayıdıb orada müayinədən keçirməyimizi deyiblər”. DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş
inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, hadisə ilə bağlı
Saatlı RPŞ-də müvafiq araşdırmalar aparılır: “Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Hamilə qadının qohumlarının sözlərinə görə, Təbriz Orucov müharibə iştirakçısıdır.