Maraqlı

Rza şah Pəhləvinin evlilik təklifinə yox deyən şahzadənin faciəli həyatı

O, 1929-cu ilin 12 noyabrında Filadelfiyada dünyaya gəlmişdi. Nüfuzlu ailənin övladı idi. O, elə qadınlardan idi ki, baxışı, təbəssümü ilə istənilən kişinin ürəyini fəth edə bilərdi. Onun çoxsaylı pərəstişkarları, sevgililəri arasında İran şahı Rza Pəhləvi də vardı. Söhbət kübar və zərif qadın olan Qreys Kellidən gedir.

Qlobal.net xatırladır ki, aktrisa olmaq arzusu ilə Qreys 17 yaşında Nyu-Yorka yollanır, müxtəlif müsabiqələrdən keçir. O, əsasən müxtəlif reklamlara çəkilirdi. Cəmi 11 filmdə çəkilən Qreys “Oskar”, “Qızıl Qlobus” mükafatlarını almağa da nail olur. Amerikalı gözələ hər kəs aşiq idi. Aktrisanın iki dəfə evli olub boşanmış Klaudius Şarl Filiplə münasibətləri atasının narazılığı ucbatından baş tutmur. Növbəti namizəd İran şahı Rza Pəhləvi idi. Yaraşıqlı şah Qreysin zərifliyinə, gözəlliyinə məftun olmuşdu. Şah aktrisaya evlilik təklif edir, lakin Qreys imtina edir. 1955-ci ildə Qreys ağ atlı şahzadəsini tapır, elə özü də şahzadə olur.

1955-ci ildə Kann Film festivalında iştirak etmək üçün Fransaya gələn Qreys Kellinin həyatının axarı tamamilə dəyişdi. Monako şahzadəsi III Renye ilə tanışlığı bir ildən sora onların evlənməsi ilə nəticələndi. Bu, həm də Qreysin film karyerasına son qoydu.

Onun gəlinliyi 36 dərzi tərəfindən 6 həftəyə tikilib. Dünyanın ən bahalı gəlinlikləri arasında 5-ci yerdə dayanan bu gəlinlik 125 il yaşı olan ipəkdən hazırlanıb. Gəlinliyin orijinalı onun doğulduğu Filadelfiyada saxlanılır.

Aktrisalıq karyerasına son qoyduqdan sonra Qreys Kelli xeyriyyə tədbirlərinin təşkili ilə məşğul olur. 1981-ci ildə təşkil edilən xeyriyyə aksiyasına qatılan Kelli mərasimə bu geyimdə getmişdi. Orada o, şahzadə Diana ilə görüşür. Bu şahzadələrin taleyində çox oxşarlıq var. Onların hər ikisi yol qəzasında həlak olublar.

1982-ci il 13 sentyabr tarixində aktrisanın qızı Stefaniya ilə içində olduğu maşın qəzaya uğrayır. Aşırımlı yolda avtomobili idarə edən Kelli insult keçirir və avtomobil uçuruma yuvarlanır. Stefaniya qəzadan qurtula bilsə də, Kelli hospitalda vəfat edir.

Onun geyim tərzi, əlcəkləri, çantaları, stilini tamamlamaq üçün istifadə etdiyi bütün aksesuarları bu gün də ilham mənbəyi hesab olunur.

Fidan Məmmədli
Qlobal.net

Related Articles

Leave a Reply

Back to top button