Rütbəsi alındı, 7.7 milyonluq əmlakı müsadirə edildi, 12 il cəza aldı
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi (MTN) Baş İstintaq
İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, İstintaq İdarəsinin
rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi,
polkovnik Vüsal Ələkbərov və metodiki yardım və kriminalistika şöbəsinin
rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesinin son
iclası keçirilib.
Qlobal.net xəbər verir ki, məhkəmənin hökmü ilə Mövlam Şıxəliyev general rütbəsi
alınmaq və 7.7 milyonluq əmlakı müsadirə olunmaqla 12 il, Yasin Məmmədov
10 il 6 ay, Vüsal Ələkbərov 11 il 2 ay, Sahib Ələkbərov isə 8 il
müddətinə azadlıqdan məhrum edilib.
İttihama
görə, Mövlam Şixəliyev Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq
İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən
qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, Yasin Məmmədov
və Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından
hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla
Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292
min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min
manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına,
həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı
şübhələr müəyyən edilib. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin
182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil
dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları
saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya
mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham
elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri
seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin
məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən
sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq
qətimkan tədbirləri seçilib.
Qeyd
edək ki, istintaq dövründə Mövlam Şıxəliyevin mülkiyyətində olmaqla öz
adına rəsmiləşdirilmiş Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında
yerləşən qeyri-yaşayış sahəsi 482 min manat, Səbail rayonu, Bülbül
prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan
daşınmaz əmlak 770 min 609 manat, Səbail rayonu, Bülbül prospektiev 7
ünvanında yerləşən 35 kv.m. sahəsi olan zirzəmi 35 min 500 manat, Nizami
rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak
974 min 600 manat, Nəsimi rayonu, Nizami küçəsi, ev 78, 6 mənzil
ünvanında yerləşən daşınmaz əmlak 214 min manat, Binəqədi rayonu, 7-ci
mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak 31 min
500 manat, Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən
daşınmaz əmlakı 39 min 528 manat olması müəyyən edilib.
Mövlam
Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş
Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən daşınmaz əmlak
26 min 240 manat, Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında
yerləşən 197 kv.m. əmlak 17 min manat, Binəqədi rayonu, Novxanı kəndi,
686k ünvanında yerləşən daşınmaz əmlakın 37 min 600 manat, Nəsimi
rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 2ünvanında yerləşən daşınmaz
əmlak 400 min manat, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a
ünvanında yerləşən 403.3 kv.m. sahəsi olan daşınmaz əmlak 1 milyon 452
min manat, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında
yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak 535 min 653 manat,
Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən
137.7 kv.m. sahəsi olan daşınmaz əmlak 738 min 711 manat olması
müəyyənləşib.
Mövlam
Şıxəliyevin qızı Samirə Əliyevanın adına rəsmiləşdirilmiş Bakı şəhəri
Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən
167.3 kv.m. sahəsi olan daşınmaz əmlak 650 min 719 manat, Binəqədi
rayonu, Novxanı kənd, 686 ünvanında yerləşən 214.3 kv.m sahəsi olan
daşınmaz əmlak 257 min 172 manat, Binəqədi rayonu, Novxanı kəndi, 685V
ünvanında yerləşən 1087.7 kv.m. sahəsi olan daşınmaz əmlak 1 milyon 305
min 240 manat dəyərində olduğu üzə çıxıb.
Generalın
oğlu Elgün Şıxəliyevin adına rəsmiləşdirilmiş Səbail rayonu, Nizami
küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlak 360 min
manat, Səbail rayonu, prospekti ev 7 ünvanında yerləşən daşınmaz əmlak
714 min 985 manat olması müəyyən edilib.
Əmlaklar ümumilikdə 7 738 017 manat məbləğində müəyyənləşib. (Qaynarinf)