Rüstəmovun nikahdankənar xanımı katibəsi imiş - TƏFƏRRÜAT
Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun nikahdankənar oğlu
olduğunu deyən 14 yaşlı yeniyetmə Aqilin yaydığı iki ardıcıl müraciət
müzakirələrə səbəb olub. Belə ki, onun anasının kimliyi, E.Rüstəmovun
nikahdankənar xanımının mövcudluğu araşdırma obyektinə çevrilib.Qlobal.net xəbər verir ki, Elman Rüstəmovun nikahdankənar xanımının olması haqda bir neçə il öncə məlumat yayılmışdı.
Bildirilirdi
ki, Sevinc Rəsulova adlı xanım Mərkəzi Bankın İdarə Heyətinin sabiq
sədri Elman Rüstəmovun katibəsi olub və onların münasibətləri də oradan
yaranıb. Bir müddətdən sonra isə Aqil dünyaya gəlib.
İddialara
görə, Elman Rüstəmov ikinci xanımını və nikahdankənar övladını Dubaya
köçürüb və orada onlara yaşamaları üçün bütün imkanları yaradıb. Sevinc
Rəsulovanın adına mülklər, külli miqdarda vəsait, o cümlədən bahalı
maşınlar var. Həmçinin S.Rəsulovaya İsveçrədə təmtəraqlı villa da alıb.
Aqil Rəsulovun da zəngin həyat yaşadığı qeyd edilirdi.
Aqilin
ilk video-müraciətindən belə aydın olur ki, hazırda Sevinc Rəsulovanın
adında olan mülklər və varidatı Elman Rüstəmov geri almaq istəyib.
Sevinc Rəsulova buna etiraz etdikdə isə təzyiqlər başlayıb və bütün bu
qalmaqalın ictimailəşməsinin də səbəbi budur.
Qeyd edək ki, Aqil Rəsulovun ötən gün Dubaydan Bakıya xüsusi reyslə gətirildiyi bildirilir. (Axar.az)