təyyarə

Rusiyaya uçan daha bir təyyarəmiz hücuma görə geri qayıtmalı oldu - Radar görüntüləri YAYILDI - FOTO

Səhər saatlarında Bakıdan Mineralnıye Vodı istiqamətində uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb.

Qlobal.net baku.ws-ə istinadən xəbər verir ki, bu barədə jurnalist Şakir Eminbəyli sosial şəbəkə hesabında paylaşım edib.

Məsələ barədə Azərbaycan Hava Yollarına (AZAL) sorğu ünvanladıq. Qurumdan bildirildi ki, bununla bağlı tezliklə açıqlama veriləcək. Görüntüləri isə "Flightradar24" paylaşıb.

"Azərbaycan Hava Yolları"dan bildirilib ki, məsələ ilə bağlı tezliklə açıqlama veriləcək.

27.12.2024 12:26
show 773