Dünya

“Rusiyanın hədəfi atəşkəs deyil, uzunmüddətli barışdır”

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukrayna məsələsində uzunmüddətli və zəmanətli barışa nail olmaq üçün bəzi sənədlərin imzalanmasını prioritet hesab edir. Onun sözlərinə görə, Moskvanın məqsədi atəşkəs əldə etmək deyil, davamlı sülh yaratmaqdır.

Medialoq.az türk mediasına istinadən xəbər verir ki, Moskvanın gündəmə dair açıqlamalar verən Peskov, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkədə seçki keçirilməsi ilə bağlı son fikirlərini “Putinin uzun müddətdir vurğuladığı mövzularla uyğun” adlandırıb və bu prosesləri izləyəcəklərini bildirib.

Enerji infrastrukturlarına qarşı qarşılıqlı hücumların dayandırılması üçün aparılan mümkün danışıqlara münasibət bildirən Peskov vurğulayıb ki, “imzalanacaq sənədlərlə təmin edilən sabit və uzunmüddətli sülh” Rusiyanın əsas hədəfidir.

Peskov həmçinin ABŞ Prezidenti Donald Trump-ın Politico qəzetinə verdiyi müsahibədə Ukraynanın NATO-ya üzvlüyü və ərazi itkiləri barədə söylədiklərindən danışaraq, bu fikirlərin “Rusiyanın mövqeyi ilə müəyyən mənada üst-üstə düşdüyünü” bildirib.

Related Articles

Leave a Reply

Back to top button