"Zəngəzurda yaşayan 40 min ermənidən 7.5 mini artıq bölgəni tərk edib".
Qlobal.net Musavat.com-a istinadla xəbər verir ki, bunu Rusiyanın birinci dərəcəli dövlət müşaviri, "Regnum" xəbər agentliyinin baş redaktoru Modest Kolerov deyib.
O bildirib ki, belə davam etsə, əhali gedəcək, Zəngəzur boş qalacaq:
"Yerli erməni əhalisi olmadığı halda, yeganə həyat əlaməti azərbaycanlıların Naxçıvana tranziti olacaq, bu da Azərbaycan polisinin iştirakı ilə həyata keçiriləcək".