Rusiyadan Lənkərana övladlarının xeyir işinə gələn ata və ananın meyitləri tapılıb.
Qlobal.net xəbər verir ki, hadisə rayonun Kərarmeşə kəndində baş verib.
Belə ki, Rusiya Federasiyası vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı, 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırova qızlarının nişan mərasiminə hazırlıq üçün bir neçə gün əvvəl kəndə gəliblər. Bu gün səhər evə gələn qohumlar qapının bağlı olduğundan narahat olublar. Onlara edilən telefon zəngləri də cavabsız qalıb. Qohumlar pəncərədən içəri daxil olduqda ər və arvadın öldüklərinin şahidi olublar.
İlkin ehtimala görə, onlar dəm qazından boğulublar.
Faktla bağlı araşdırmalara başlanılıb. (apa)
***
Övladlarına toy etmək üçün Rusiyadan Lənkərana gələn və evdə meyitləri tapılan ər-arvadın dəm qazından boğularaq öldüyü ehtimal olunur.
Yaxınları evin tüstü bacasının içində quşun yuva qurduğunu aşkarlayıblar. Tüstü bacası bağlı olduğu üçün qaz sobasından dəm qazı yarandığı və ər-arvadın zəhərlənərək öldüyü bildirilir.