Rusiyadan BMT Təhlükəsizlik Şurasına Suriya çağırışı

Rusiyadan BMT Təhlükəsizlik Şurasına Suriya çağırışı

Rusiyanın BMT Təhlükəsizlik Şurasından Suriya mövzusu ilə bağlı təcili toplantı keçirməyi tələb etdiyi açıqlanıb.

Qlobal.net bildirir ki, 27 noyabr tarixində Suriyada rejim əleyhinə silahlı qruplar ilə Bəşər Əsəd qüvvələri arasında döyüşlər şiddətlənib.

Bu qruplar 30 noyabr-7 dekabr tarixləri arasında Hələb, İdlib, Həma və Homs kimi ən böyük bölgələrdə üstünlük əldə ediblər.

Dekabrın 7-də paytaxt Dəməşqə doğru irəliləməyə başlayan bu qruplara kütlələrin dəstək verməsi nəticəsində rejim paytaxtda və bir çox digər bölgədə nəzarəti tamamilə itirərək çöküb.


Nəticədə Baas Partiyasının 61 illik hakimiyyəti sona çatmış, rejimin lideri Bəşər Əsəd isə paytaxtdan qaçmışdır.

Suriya Milli Ordusu isə Türkiyə sərhədi yaxınlığında PKK/YPG terror təşkilatının işğalında olan Tel-Rifatı azad etdikdən sonra Münbiçdə məskunlaşan terrorçulara qarşı yönəlib.

Murad
Qlobal.net

09.12.2024 12:09
show 233