20.09.2021
12:45
350

Rusiyada universitetə silahlı hücum edən şəxsin fotosu və son paylaşımı - FOTO

Loading...

Perm Dövlət Universitetinə silahlı basqın həyata keçirərək səkkiz nəfəri öldürən şəxsin internetdə fotosu və hadisədən bir neçə dəqiqə əvvəl sosial şəbəkə hesabında etdiyi paylaşım yayılıb.

Yazı "VKontakte" sosial şəbəkəsi üzərindən paylaşılıb.

Timur Bekmansurov adlı istifadəçi yazdığı statusda qeyd edib ki, o, törətdiyi cinayəti çoxdan həyata keçirmək niyyətində olub:

"İllər keçdi və başa düşdüm ki, arzuladığım işi etmək zamanı yetişib".

Timur Bekmansurov 10-cu sinifdən etibarən odlu silah əldə etmək məqsədi ilə pul topladığını yazıb.

"2021-ci ilin mart ayında silah almaq üçün lazım olan pulu toplayıb bitirdim. 18 yaşım tamam olandan sonra isə lisenziya almaq üçün tələb olunan prosedurlara başladım", - Timur Bekmansurov adlı şəxs öz sosial şəbəkə hesabında yazıb./Oxu.az

Rusiyada universitetə silahlı hücum edən şəxsin fotosu və son paylaşımı - FOTORusiyada universitetə silahlı hücum edən şəxsin fotosu və son paylaşımı - FOTO

Loading...