662229b078fe9202404242208
Rusiyada qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik.
Qlobal.net lent.az-a istinadən bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dollar aşkar ediblər.

İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, axtarışlar aprelin 19-na keçən gecə həyata keçirilib.

"Şübhəlinin mənzilində axtarış zamanı külli miqdarda - 44 milyon rubl (təxminən 796 min 400 manat) və 300 min dollardan çox pul aşkar edilərək götürülüb", - istintaq orqanı bildirib.

İstintaq Komitəsi bu vəsaitlərin mülkiyyətçiliyini müəyyən etmək və külli miqdarda pulun alınmasının, eləcə də dövriyyəsinin qanuniliyini qiymətləndirməyə başlayacaq.

Rusiya mediasında yayılan məlumata görə, Ş. Abbasovun ailəsinin bazarların birində biznesi var. Onlar qadın ayaqqabıları satışı ilə məşğuldurlar.

Qeyd edək ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı Şahin Abbassov şübhəli bilinir.

Münaqişə şübhəlinin öz avtomobili - ağ rəngli "Toyota Camry"ni giriş qapısında saxlaması səbəbindən baş verib. Bina sakini buna görə ona irad bildirib və bu qarşı tərəfin xoşuna gəlməyin. Nəticədə azərbaycanlı bıçaqla həmin şəxsə hücum edib.

Məlumata görə, azərbaycanlı 2022-ci ilin avqustunda Rusiyaya gəlib. O, Moskvada qeydiyyatda olub, lakin qeydiyyat bitdikdən sonra paytaxtda qeyri-qanuni yaşamağa davam edib.

19.04.2024 12:18
show 629