Rusiyanın Belqorod vilayətində poliqonda terror aktı törədilib.
Qlobal.net “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Belqorod vilayətinin Qərb Hərbi Dairəsindəki poliqonda MDB ölkələrindən birinin iki vətəndaşı tərəfindən terror aktı törədilib.
Könüllülərlə təlimlər zamanı terrorçular şəxsi heyəti atəşə tutublar. Hadisə nəticəsində 11 nəfərin həlak olduğu, 15 nəfərin yaralandığı, terrorçuların cavab atəşi ilə məhv edildiyi bildirilir.