676d91d20b304202412242642

Rusiyada fövqəladə vəziyyət elan edildi

Rusiyanın Qara dəniz sahillərindəki bəzi şəhərlərdə iki tanker gəmisindən sızan neftin yaratdığı çirklənmə ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Qlobal.net xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama verib. Açıqlamada ölkənin Qara dəniz sahillərində neft sızıntılarının səbəb olduğu ətraf mühitin çirklənməsi ilə bağlı tədbirlərin davam etdiyi bildirilib. Məlumatda işlərin effektiv aparılması üçün fövqəladə vəziyyət elan edildiyi, bölgəyə daha çox maliyyə vəsaitinin ayrılacağı bildirilib.

Bildirilib ki, Qara dənizin Kerç boğazında fırtına nəticəsində ayrı-ayrı qəzalar nəticəsində Rusiyaya məxsus “Volqoneft-212” və “Volqoneft-239” tanker gəmiləri zədələnib və neft sızması baş verib. Tankerlərdən 4 min ton neft sızdığı deyilir. Sahil bölgələrindəki şəhərlərdə dəniz səthinin və çimərliklərin neftlə örtüldüyü qeyd edilir.

26.12.2024 21:26
show 1209