66c617b3da79a202408243707
Rusiyada azərbaycanlı iş adamı öldürüldü - ANBAAN GÖRÜNTÜLƏR - VİDEO

Rusiyanın Moskva yaxınlığındakı Reutovo şəhərində 43 yaşlı azərbaycanlı iş adamı güllələnərək öldürülüb.

Qlobal.net BAKU.WS-ə istinadla xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, ötən gecə 43 yaşlı iş adamı Emin Quliyev 17 yaşlı ögey oğlu Dənizlə birlikdə Reutov şəhərinin Pobeda küçəsində yerləşən “Streletski” atıcılıq və idman mərkəzinə gəlib.

O, özü ilə "Tiger" karabinini götürüb.Atıcılıq dərslərinin keçirildiyi otağa girən Emin əvvəlcə özü atəş açıb, sonra karabini oğulluğu Dənizə verib. Kişi özü ögey oğlunun şəklini telefonunla çəkmək üçün qabağa çıxıb. Ögey atasını görməyən oğlan atəş xəttinə keçərək karabindən atəş açıb və ehtiyatsızlıqdan Eminin sinəsindən vurub. Kişi yerindəcə dünyasını dəyişib.Məlumata görə, atış sahəsinin administratoru Mixail Aborin Eminə çəkiliş otağını təmin etsə də, ona və ögey oğluna heç bir göstəriş verilməyib.

İnzibatçı 11-ci sinif şagirdinə pasportunu göstərməyi belə tələb etmədən və xidmət göstərilməsi üçün müqavilə bağlamadan atəş açmağa icazə verib. O, saxlanılıb. Faktla bağlı “İstehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən, ehtiyatsızlıqdan ölümlə nəticələnən xidmətlər göstərmə” maddəsi ilə cinayət işi başlanıb.İş Moskva vilayəti üzrə İstintaq Komitəsinin nəzarətindədir.

21.08.2024 21:04
show 357