Rusiyada "WhatsApp" messencerinin bloklanması nəzərdə tutulmur.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin rəhbəri Andrey Klişas bildirib.
Klişas "WhatsApp"ı bloklamaq planlarının olmadığını deyib.
Qeyd edək ki, daha əvvəl Rusiya Federasiyasının Vətəndaş Palatasının (VP) İnternet istifadəçilərinin hüquqlarının müdafiəsi üzrə işçi qrupunun rəhbəri Aleksandr Malkeviç "WhatsApp"ın da Rusiyada bloklanmasının vacib olduğunu bildirmişdi.