photo_36073570
Rusiya-Ukrayna müharibəsi 10 il davam edəcək - QORXULU PROQNOZ

Rusiya ordusu müharibənin 111-ci günündə Donbas bölgəsindəki son qarşıdurmalarda qalib gəlməyə başlasa da, ekspertlər müharibənin gedişi ilə bağlı narahatlıq doğuran açıqlamalar verir.

Donbas bölgəsində münaqişələr şiddətləndiyi üçün bəzi ekspertlər müharibənin 10 il davam edə biləcəyini proqnozlaşdırırdılar.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Strategiya, Texnologiya və Silahlara Nəzarət üzrə direktoru Uilyam Alberk bildirib ki, müharibə ilə bağlı narahatlığı var: “Ukrayna əsgərləri üstünlüyü itirirlər. Ölkənin şərqindəki bölgələr hücuma həssasdır. Ukrayna torpaq üzərindəki üstünlüyünü itirə bilər”.

Rusiya əsgərlərinin Ukraynanın şərqində hücumları intensivləşdirdiyini qeyd edən ekspertlər müharibənin 10 il davam edə və hətta bu müddəti keçə biləcəyini proqnozlaşdırırlar.

Kiyevdən sonra Ukraynanın şərqinə hücuma başlayan Rusiya döyüş sursatı və əsgərlərini bu bölgəyə göndərərək, müharibə başlayandan bəri ilk dəfə üstün mövqe əldə edib. (Teleqraf.com)

14.06.2022 22:02
172