Rusiya Ukraynaya müdaxiləsini gücləndirmək üçün qüvvələrinin bir hissəsini Gürcüstandan çıxarır.
Bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
Kəşfiyyat məlumatlarına görə, üç batalyon taktiki qrupun tərkibində 1200-dən 2000-ə qədər rus döyüşçü var.
“Rusiyanın bu şəkildə əlavə qüvvələr yaratmağı planlaşdırması ehtimalı çox azdır və bu, onun işğal zamanı məruz qaldığı gözlənilməz itkilərdən xəbər verir”, - deyə Britaniya kəşfiyyatının hesabatında qeyd edilir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya Gürcüstanın işğal olunmuş ərazilərindən Ukraynaya xüsusilə Cənub Hərbi Dairəsinə daxil olan 4-cü (Tsxinvali bölgəsi, Cənubi Osetiya) və 7-ci (Abxaziya) hərbi bazalarının bölmələrindən 2000-ə yaxın hərbçi göndərib.
Mənbə: UNİAN