photo_61991576
Rusiya FİFA-da qaldı, rus dili ilə bağlı yeni qərar verildi

Beynəlxalq Futbol Federasiyası (FİFA) rus dilini təşkilatda rəsmi dil kimi təqdim edib.

Qərar FİFA Konqresinin cümə axşamı Dohada keçirilən iclasında qəbul edilib.

Bildirilir ki, rus dili altı rəsmi dildən biri kimi təsdiqlənib. 

Bundan başqa, Rusiya Futbol İttifaqı FİFA-dakı üzvlüyünü saxlayıb. Konqresdə bu məsələ qaldırılmayıb. Ancaq Pakistan, Zimbabve və Keniyanın milli assosiasiyaları təşkilata üzvlüyü saxlaya bilməyiblər.

Xatırladaq ki, fevralın 28-də FİFA Rusiya komandalarını beynəlxalq turnirlərdən kənarlaşdırıb. Beləliklə, Rusiya yığması 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirak şansını itirib. Bundan sonra RFİ İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib, lakin ilkin dinləmələr FİFA-nın xeyrinə başa çatıb.

31.03.2022 15:37
210