19.09.2020
12:30

Rusiya faiz dərəcəsini dəyişdirmədi

Rusiya Mərkəzi Bankı faizini dəyişdirməyərək 4,25% səviyyəsində saxlayıb.

Marja xəbər verir ki, Bankın yaydığı açıqlamada, inflyasiya riskinin davam etməsilə əlaqədar olaraq pul siyasəti faizinin sabit saxlanılmasına qərar verildiyi bildirilib.

Açıqlamada, Rusiyada inflyasiyanın 2020-ci ildə illik 3,5% - 4% aralığında reallaşmasının nəzərdə tutulduğu qeyd edilib.

Yeni növ koronavirus (Kovid-19) epidemiyası səbəbilə məhdudlaşdırıcı tədbirlərin yumşaldılması ilə iqtisadi fəaliyyətlərdə yaxşılaşma yaşandığı bildirilən açıqlamada, iqtisadiyyatın ikinci rübdə 8% kiçildiyi, bunun gözləniləndən daha az olduğu ifadə edilib.


Loading...