651b95001defd202310231352

“Rusiya bunun əvəzində bizdən nəsə alacaq” deyənlərə cavab - Xankəndidə...

Azərbaycan antiterror tədbirlərinə neytral mövqe sərgiləyən Rusiyaya öz sərhədləri daxilində nəsə verməyəcək. 

Qlobal.net bildirir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı şəxsi feysbuk hesabında qeyd edib. 

O bildirib ki, Xankəndində Azərbaycan manatı dövriyyəyə buraxılır. 

"Xankəndində Azərbaycan manatı dövriyyəyə buraxılır. 44 günlük müharibədən sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarət bölgəsində suverenliyimizin bərpa ediləcəyini, bu gün gördüklərimizin olacağını yazırdıq və bunu iddia olaraq deyil, təhlillərə əsaslanaraq deyirdik. Nə yazmışıqsa, hamısı qalır.  

Amma 10 noyabr bəyanatının imzalandığı gecədən etibarən, "Xankəndi nə oldu" deyənlərin səs-küyü praqmatik yanaşmanı eşidilməz etmişdi, biz təhlilə əsaslanaraq bu günün olacağını deyirdiksə, onların yeganə arqumenti "Rusiya faktoru" idi. Bu gün baş verənlər fonunda ən çox 44 günlük müharibənin nəticələrinə lağ edənlər yada düşür. 

Separatizm ləğv edildi, Xankəndində mərkəzi hakimiyyət bərpa olunur, lakin eyni düşüncə indi də "Rusiya bunun əvəzində bizdən nə alacaq" məsələsi üzərindən çıxış edir. Yenə yanılacaqları ehtimalı daha çoxdur.  

Azərbaycan antiterror tədbirlərinə neytral mövqe sərgiləyən Rusiyaya öz sərhədləri daxilində nəsə verməyəcək, mən belə düşünürəm".

03.10.2023 08:14
show 870