65098ff992310202309231137
Rusiya: "Azərbaycan əməliyyata bir neçə dəqiqə qalmış bizə bildirdi ki..."

"Kütləvi informasiya vasitələri Azərbaycan tərəfinin guya Rusiya sülhməramlılarına Qarabağda bugünkü antiterror əməliyyatı ilə bağlı əvvəlcədən xəbərdarlıq etdiyi barədə məlumatlar yayırlar. Bu, doğru deyil. Məlumat hərbi əməliyyatların başlamasına bir neçə dəqiqə qalmış Rusiya kontingentinə çatdırılıb”.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz “Telegram” kanalında yazıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Görülən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyinə məlumat verilib.

19.09.2023 16:11
show 661