Rus sülhməramlısı Azərbaycan bayrağını yerə atdı - VİDEO
Erməni-rus mənbələri bu il iyunun 15-də Xəkəri çayı üzərindəki
körpüdə Azərbaycan bayrağının quraşdırılması zamanı baş verən insidentin
daha geniş görüntülərini yayıblar. Bu görüntülər atəşin ermənilər tərəfindən açıldığını bir daha təsdiqlədilər. Onu
da qeyd edək ki, bayrağın quraşdırılmasına mane olmağa çalışan Rusiya
sülhməramlısı da Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalıb.
Sonda erməni snayper artıq ikinci dəfə qaldırılmış bayrağa atəş açır.Qeyd
edək ki, görüntülərdən Azərbaycan bayrağı birinci dəfə qaldırılandan
sonra onun rusiyalı hərbçi tərəfindən çıxarılıb yerə atıldığı aydın
olur. İyunun 15-də erməni snayperlərin
Azərbaycan hərbçilərini atəş tutmasından sonra nə baş verdiyini isə
yəqin ki, xatırlayırsız: erməni snayperlər zərərsizləşdirildi, Laçın
yolu BQXK-dan başqa hamı üçün bağlandı, ümumi gərginlik artdı və
nəticədə Qarabağda “Qisas-2” əməliyyatı həyata keçirildi. Eyni zamandan
Rusiya sülhməramlıların Xankəndinə Bərdə və Ağdam üzərindən getmək
təklif olundu. (bakupost)