64ae34ca46e8a202307230618
Rühəngiz Musəvi: “Hamı Şəbnəmə ilişir, ürəyini qırır” - VİDEO

Əməkdar artist Rühəngiz Musəvi həmkarı Şəbnəm Tovuzludan söz açıb. 

Qlobal.net bizim.media-ya istinadən bildriir ki, sənətçi qonaq olduğu "7 canlı" axşam şousunda Şəbnəmin oxumasını bəyənsə də geyindiyi geyimləri məsxərəyə qoyub. 

"Nədənsə çoxları hər zaman istəyir ki, Şəbnəmin ürəyini qırsın. Deyim ki, onu tez-tez görürəm, yox. O, efirlərin birində özünə doğum günü keçirəndə, məni də çağırmışdı. Onda mənə dedi ki, anam sizi çox istəyir. Bu sözləri yadımdadır. Şəbnəmin səsi çox xoşuma gəlir. Amma hamı ona ilişir". 

Proqramın aparıcısı İlhamə Bədəlovanın "Şəbnəmdə nəyi dəyişmək istəyərdiniz" sualına R.Musəvinin cavabı belə olub:  "O bu şəkildə "saroçka" geyinib, miləmil "pijama"ya da oxşayır". 

12.07.2023 09:04
show 1020