Şou-biznes

Ruhəngiz Allahverdiyeva gəlinlərinə görə efirdə dava etdi – Elə bil milçək vızıldayır

Əməkdar artist Ruhəngiz Allahverdiyeva “Elgizlə izlə” verilişində olan iştirakçı ilə mübahisə edib.

Qlobal.net xəbər verir ki, buna səbəb iştirakçılardan birinin digər qonağa “Oxuyanda elə bil milçək vızıldayır. Bura elə bil oxumağa yox, bədən əzalarını göstərməyə gəlib” deməsi müğənnini özündən çıxardıb.

“Danışığınıza fikir verin. İnsanı bu qədər təhqir etməzlər. O, zəhməti ilə ev alıb, oxuyub. Bizim gəlinimizdir. Sizə burada hesab verməliyik, anket yazmalıyıq? Paxılsınız, onun bədən quruluşu sizi narahat etdi. Eyibdir, siz nə danışırsınız? Dünənki uşaq danışmaz. Sizin özünüzə məsləhət verən lazımdır. Lazım deyil adamı təhqir etmək. Yaxşı edib danışıram, düz edirəm. Böyüyəm danışıram, qabağımda danışmamalıdır” deyə, R.Allahverdiyeva əsəbiləşib. (axsam.az)

Related Articles

Bir cavab yazın

Back to top button