Ruben Vardanyan Qarabağdan Ermənistana qaçmaq istəyərkən saxlanılıb.
Bu barədə erməni mənbələri xəbər yayıb.
Xatırladaq ki, Ruben Vardanyan Qarabağdakı qanunsuz separatçı qurumun keçmiş dövlət naziridir. Vardanyan ilk dəfə 2011-ci ildə 500 milyon dollar sərvətlə ən zəngin ruslar siyahısına daxil olub.2017-ci ildə Forbes onu 950 milyon dollar dəyərində qiymətləndirib və 99-cu yeri tutub.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Vardanyanın həyat yoldaşı yaxın dəqiqələrdə ərinin hansı şəraitdə həbs olunması ilə bağlı açıqlama verəcək. (sfera.az)