66b1e9b69c4eb202408241534

Rozadan dilənən oğlu ilə AÇIQLAMA: 26 yaşında evi olan insan boğazını dolandıra bilmirsə...

Müğənni Roza Zərgərli kiçik oğlu Jerard Qafarovun açıqlamasına münasibət bildirib.
Qlobal.net
xəbər verir ki, bununla bağlı müğənni sosial media hesablarında məlumat yayıb.

Paylaşımda deyilir: “Bir uşağa qucaq açmaq hər igidin işi deyil. Bir çox kişinin görə bilmədiyi işi gördüm. Allah xatirinə... Quyuya su tökməklə quyu sulu olmur. İki doğma qardaş. Biri iş sahibi olmağı bacardı, zəhmətimi, əməyimi dəyərləndirdi. Digəri isə göz önündədir. Sağlıq problemi olan insanlar belə dilənmirlər. Bu övladımdakı əməyimə heyfim gəlir. Bu qədər. 26 yaşında evi olan insan boğazını dolandıra bilmirsə və yaşatdığım həyatı qoyub, seçdiyi yolda uğuru yoxdursa.... Valideyn ona nə etsin? Şərh yazanlara isə sözüm budur: Mən bacarmadığımı düşünürsünüzsə, indi siz bacarın!”.



Qeyd edək ki, ötən gün Jerard sosial şəbəkə hesabında işsiz olduğunu, hətta yeməyə belə pul tapmadığını bildirərək kömək istəyib. (lent.az)

06.08.2024 13:22
show 1038