6628df6b3885d202404243107
Roza Zərgərli Akademiyada işə başladı

Müğənni Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb. 

Qlobal.net xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib.

Müğənni Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətə başladığını bildirib. 

“Mənə tez-tez deyirlər ki, niyə incəsənətin bütün qollarında özünü sınamısan? O adamlara həmişə deyirəm ki, bacarırsınızsa, siz də edin. Bakı Xoreoqrafiya Akademiyasının Sənətşünaslıq fakültəsində dərs deyirəm”, - deyə məşhur müğənni qeyd edib. 


24.04.2024 15:00
show 455