63db9451d31f4202302234537

Roza prodüserin ağız və burnunu əzdi: "Həyasız insanam..." - VİDEO

"Hamı adımı "qalmaqallı insan" qoyub. Hər zaman mənə atılan sözə pis cavab vermişəm. Efirdə dalaşa bilmirəm. Real həyatda, kadr arxasında isə daha yaxşı dalaşıram". 

Qlobal.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Xəbər-ətər" verilişində deyib. 

Həyasız olduğunu söyləyən sənətçi bildirib ki, dalaşdığı prodüserin ağzını və burnunu əzib: "Prodüserlərdən birinin saçını yolmuşam. Söz yarası çox pisdir, uda bilməyəndə, əllə zərbə endirirəm. Həmin prodüserin telefonu, paltarı və ağız-burnu getdi. Həyasız insanam. Bu məsələ yayılsaydı, həmin insanın özünə ziyan olacaqdı. Bu haqda heç kimə demədim".

 

02.02.2023 14:43
show 1919