photo_91123248

Roza ilə Şəbnəm KƏLLƏ-KƏLLƏYƏ GƏLDİ: "Ayaqqabımı geyinib, yerişimi təkrarlaya bilməz"

Müğənni Şəbnəm Tovuzlu ilə həmkarı Roza Zərgərli kəllə-kəlləyə gəlib.

Qlobal.net "Bizim.Media"ya istinadla xəbər verir ki, tərəfləri üz-üzə qoyan səbəb isə Şəbnəmin Rozanın repertuarında yer alan "Qırmızı güllər" mahnısını ifa etdiyi popuriyə salması olub.

R.Zərgərli "qılıncını sıyırıb" "Şourum" maqazin verilişində Ş.Tovuzlunu "qatıb qabağına".

Roza Şəbnəmin onun nəğməsini icazəsiz oxumasına sərt reaksiya verib.

"Şəbnəmə izah etdilər ki, baxır bunu (mahnını oxumaq - red.) kimə edirsən. Bunu Roza Zərgərliyə qarşı etmək olmaz. Rozanın ayaqqabısını geyinib, yeriyişini təkrarlaya bilməzsən. Şəbnəm "Qırmızı güllər" nəğməmi popuriyə salandan, klipi çəkdirəndən sonra yadına düşüb ki, Rozadan icazə almaq lazımdır ki, bəs birdən Roza nəsə deyər. O hadisə isə mənim xoşuma gəlmədi.

Heç kimin mahnısını götürüb yenidən oxumuram. Möhürlü mahnıları isə heç zaman oxumuram. Şəbnəm gərək məndən mütləq şəkildə icazə alardı. Axı mən ondan umub-küsürəm. Bu mahnı Şəbnəmlik deyil. Gərək onun səsinə uyğun gələn başqa nəğməni oxuyardı. Oxudu, getdi... Və gərək popuriyə salmazdı. Mahnının öhdəsindən gələ bilmədi. Allah xeyrini versin" - deyə Roza Zərgərli fikirlərini ifadə edib.

01.08.2022 09:06
show 219