roza
Roza: “Elşad Qarayev nəinki başını sinəmin, əlini...” – VİDEO

Müğənni Roza Zərgərli həmkarı Elşad Qarayevlə bağlı verdiyi açıqlaması ilə gündəmə gəlib. 

Qlobal.net bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində E.Qarayevi böyüyü adlandırıb. 

Bu səbəbdən Roza Elşadın hətta ayağını belə yumağa hazır olduğunu dilə gətirib. 
“Verilişin kulisində Elşad bəy başını sinəmə qoymuşdu. O mənim böyüyüm, sevdiyim insandır. O nəin ki, başını sinəmin, əlini başımın üstünə də qoya bilər. Mən onun ayağını da yuya bilərəm”, – deyə Roza vurğulayıb. 

Zərgərlinin bu fikirlərinə isə Elşad Qarayev Rozanın əlindən öpərək, razılığını dilə gətirib. 

16.02.2024 21:11
2897