röya
Röyaya elə bir yerdən iş təklifi gəldi ki... - VİDEO

Xalq artisti Röya Ayxan Dövlət Akademik Musiqili Teatrında olub.

Müğənni teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevlə görüşüb.

Daha sonra R.Ayxan “Qadınım” tamaşasını izləyib. Xalq artisti səhnəarxasına keçərək aktyor heyəti ilə görüşüb, onlara uğur diləyib.

Ə. Lalayev isə keçmişə qayıdaraq illər əvvəl Röya Ayxanı teatra çalışmağa dəvət etdiyini bildirib. O, təklifinin hələ də qüvvədə olduğunu deyərək Xalq artistinə iş təklifi edib. (yenisabah.az)

 


06.04.2024 17:15
show 496