Şou-biznes

Röyanın heç yerdə olmayan arxiv VİDEOsu yayıldı

Aparıcı Zümrüd Bədəlova öz verilişində Xalq artisti Röya Ayxanın heç yerdə paylaşılmamış arxiv görüntülərini yayımlayıb.

Milli.Az xəbər verir ki, kadrlara görə pop ulduz aparıcıya təşəkkür edərək duyğulu anlar yaşayıb.

Röya 2003-cü ilə aid olan görüntüləri izləyərkən keçmişə qayıtdığını, sənət yolunun ilk illərini xatırladığını bildirib. Səmimi reaksiyası və kövrək emosiyaları izləyicilərin də diqqətini çəkib.

Sözügedən arxiv kadrları sosial şəbəkələrdə geniş yayılıb və marağa səbəb olub. Sənətçinin uzun illər əvvəlki təbii, səmimi halları izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Related Articles

Leave a Reply

Back to top button