Qala ləqəbi ilə şou-biznesdə məşhurlaşan bəstəkar - müğənni Ceyhun Əliyev açıqlaması ilə gündəmə gəlib.
Qlobal.net bizim.media-ya
istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Səhər mərkəzi"
verilişində təyyarədə çəkdirdiyi klipinə qoyulan qadağan danışıb.
Ceyhun
bildirib ki, quraşdırılmış təyyarənin içi "pavelyonu"nda hamıdan əvvəl
Xalq artisti Röya Ayxan çəkiliş etdiyinə görə, xanım müğənnin sözügedən
fotoları təqdim olunmamış, onun klipinin yayımlanmasına icazə
verilməyib.
"Sözügedən
məkandan məndə istifadə etdim. Klipimi təyyarə olan məkanda çəkdim.
Amma yayımlanmasına icazə vermədilər. Dedilər ki, burada ilk Röya Ayxan
fotosessiya etdirib. Bizim müqaviləmiz var ki, Röyanın fotosessiya
təqdim olunmamış, klipiniz yayımlana bilməz. Onlara cavab olaraq
söylədim ki, narahat olmayın.
Klipimi Röyanın
təyyarədə çəkilən fotoları təqdim olunandan sonra nümayiş edəcəyəm. Və
belə də oldu. Klipimi təqdim etdikdən sonra hamı məndən bu məkanı
soruşdu. Çünki maraq yaranmışdı. Bəlkə də klipimi adi çəksəydim, bu
qədər maraq yaranmazdı", - deyə C.Əliyev vurğulayıb.