Xalq artisti Niyaməddin Musayevin mahnısını oxumaq istəyən Röya Ayxan rüsvay olub.
Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, bu barədə Xalq artisti başına gələn həmin hadisəni tamaşaçılarına konsert zamanı səhnədən danışıb.
Röya bildirib ki, Niyaməddin Musayev onun zənginə verdiyi reaksiya ilə bütün işçilərinin yanında onu pərt edib:
"Evdə zəng etdim ona. "Selectr"a qoydum, bütün işçilərim də yanımda. Zəng edib dedim "Salam", dedi "Salam". Davam etdim ki, "sizi narahat edən Röyadır". Cavab verdi ki, "Lap yaxşı". Yəni reaksiya "0", kim zəng vurub, ona nə var kim zəng vurub! Başa düşdüm ki, adam məni yola verir.
Keçdim tez iş etapına, dedim ki, "Niyaməddin müəllim, mən sizin mahnınızı oxumuşam". Dedi "oxu!". Cavab verdim ki, mən sizə zəng vurdum, "Axtarma məni" mahnısını icazə almaq üçün. Dedi "o əfqan mahnısıdır, onu hamı oxuyur, sən oxusan nə olacaq?!".
Mən yenə pərt oluram. Deyirəm ona ki, "Niyaməddin müəllim, Röyadır sizi narahat edən". Deyirəm bəlkə indi ... Deyir "Lap yaxşı! Onu hamı oxuyur, sən də oxu".
O telefon zəngində başqa məqam da var idi. Dedim ki, "Anam sizin qrupun ("Röya") adına görə mənə bu adı verib". Kİşinin heç vecinə də olmadı".