6495a98927fa9202306231745
Röya: “Yeyib-içən gəlin istəyirəm” - VİDEO

"Oğlum Hüseynə hamilə olanda hamiləliyimi çox pis keçirtdim. İnsanları görmək və yanımda işçi görmək istəmirdim. Evdə adımı Firəngiz qoymuşdular. Çünki bütün gün evi yığışdırıb, yemək hazırlayırdım. "Leço" və "badımcan kürüsündən ikra" hazırlayırdım. Hüseyn dünyaya gələndən sonra bütün bunlar bitdi. Övladım doğulandan sonra dünyanın ən gözəl yeməyini bişirmişəm. Bundan sonra neynirəm yemək bişirməyi". 

Qlobal.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda deyib. 

Sənətçi gəlinin xüsusiyyətlərindən söz açıb. Röya oğlu Hüseynin dəbli xanımla ailə qurmasını istəyir: 

"Özümə "modnu" (dəbli - red.), yeyib-içən, oğlumla gəzən, ağıllı, təhsil almış, müasir gəlin istəyirəm. Dedi-qodusuz, qalmaqalsız bir gəlin istəyirəm. İldə bir dəfə zəng edib doğum günümü təbrik etsin. O da təbriki qısa olaraq "salam-sağol" kimi etsin. İstəyirəm ki, gəlinimin daxili də, görünüşü də dəbdəbəli olsun".


23.06.2023 18:17
show 603