"Haqqımda elə deyirlər, amma kaprizli deyiləm. Sadəcə olaraq, nə istədiyimi bilirəm".
Qlobal.net bizim media-ya istinadən xəbər verir ki, bu sözlər Xalq artisti Röya Ayxan verilişlərin birində deyib.
Sənətçi küsülü olan dostlarını barışdırmağa cəhd etmədiyini dilə gətirib: "İnsan olduğu kimi qalmalıdır, mən onun tərəfdarıyam. Kimisə barışdırmaq istəmirəm, kimsə də məni barışdırmasın, ixtiyar vermirəm. Barışaram, küsərəm, özüm bilərəm. Sizə nə? Həyatda bütün səhvləri keçərəm, amma paxıllığı yox".