Əməkdar artist Röya Ayxan açıq-saçıq libaslarını sosial şəbəkədə tənqid edənlərə sərt şəkildə cavab verib.
Müğənni dekolteli əlbisələrdən istifadə etməsinin normal olduğunu bildirib: “Müasir qız deyiləm, qarabağlıyam, bir də “çuşka”yam. Şou-biznesdə üzərində çalışan iki nəfər var, biri oğlandır, digəri isə mən. Kiminsə qızının açıq-saçıq geyinməsinə pis baxıram. Bunun əleyhinəyəm, geyinə bilməz. Kimsə geyinə bilmədiyini eyib bilirsə, xəbəri olsun ki, dəfilələrdə nümayiş etdirilən açıq geyimlər biz ulduzlar üçündür. Dizaynerlər bunu podiumda, biz səhnədə nümayiş etdiririk.
40 yaşım var, yıxıla-qalxa öyrənmişəm. İş verə-verə yox, yaxşı qız olaraq böyümüşəm. Ona görə də sizin üçün fikir bildirmək erkəndir. Dəbi izləyək, heç kim anasının qarnında öyrənmir. Mən öyrətmirəm, göstərirəm. Belə libasları mən, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Almaz Ələsgərli, kraliçamız Brilliant Dadaşova geyinməlidir”.Qeyd edək ki, Röyanın ötən gün məclislərin birinə geyindiyi çəhrayı
dərin sinə dekolteli libas "Bottega Veneta" brendinə məxsusdur.
Sözügedən libas 5200 dollar, təxminən 8840 manatdır.