64afc66787841202307233951
Röya Elzanın müdafiəsinə QALXDI: “Kim narahatdırsa, aspirin içsin” - VİDEO

"Hər kəsdən xəbərim var. Hamını da görürəm. Mən "tək özüm" deyən insan deyiləm. Səhnədə məni narahat edən həmkarım yoxdur. Bir tək o ucuz səs tembrləri narahat edir. Yeni çıxan gənc xanım müğənnilərin əksəriyyətini bəyənirəm. Onları sosial şəbəkə hesabımda da paylaşıram. Minasından tutmuş Dilarə Kazımovaya kimi... Səmra Rəhimlinin enerjisini çox bəyənirəm". 

Qlobal.net bizim.media-ya istinadən bildriir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu "Səhərin səsi" verilişində deyib. 

Proqramın aparıcısı Samir Bayramlının "Belə bir hal ilə qarşılaşmısınız? - Gəldiyiniz tədbirə həmkarınız sizi görüb, çıxıb gedir?" sualına estrada ulduzunun cavabı belə olub: 

"Bəli, belə bir hadisə ilə qarşılaşmışam. Yəgin, narahat olurlar. Mən də deyirəm ki, gedin, aspirin dərmanı için. Bu narahatlıq deyil, kompleksdir. Sonra zəng vurub onların üzlərinə də deyirəm. Onlara deyirəm ki, bu kompleksdir və bundan azad olmaq lazımdır. Çünki belə xoşbəxt ola bilmərsən. Rahat olmaq lazımdır. Həyatda necəsənsə, elə də yaşamaq lazımdır.

Cavab olaraq isə onlar mənə söyləyirlər ki, başımız ağrıdı, yıxıldım və belə alındı. Mən də deyirəm ki, elə et ki, yıxılma və ya yıxıl, səni tutum. Əsla yanımda heç kim yıxıla bilməz. Çünki bu həyatda hər şeyi əziyyətlə əldə etmişəm. Ona görə də istər bəy, istərsə də xanım olsun, hər insanın işinə hörmətlə yanaşan insanam.

Əsla, əgər, bu insan xoşuma gəlmir deyə onu əzməliyəm və ya başqasını sevirəm deyə buna biraz kiçik yanaşmalıyam deyə bir şey yoxdur. Hər kəsin əziyyətini dəyərləndirən insanam". 

Aparıcının "Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv olunması tənqidlə qarşılandı. Sizin buna münasibətiniz necə oldu?" sualına Xalq artistinin münasibəti belə olub: 

"Elza xanım çox savadlı və oxumuş insandır. Elza xanımın yazdığı şeirləri oxuyursan, insanın kefi açılır. Siz də o xanımı efirinizə ona görə çağırırsınız ki, kefiniz açılsın. Amma bütovlükdə Elza xanımın şeirlərini və bəstələrini çox sevirəm. Ağıllı və oxumuş insandır. Hər şey yaxşıdır. Kim narahat olursa, getsin, aspirin içsin".  

13.07.2023 13:38
601