Şou-biznes
Röya elə bir FOTOSESSİYA etdirdi ki… – Ağızları açıq buraxdı

Xalq artisti Röya Ayxan 25 illik səhnə yubileyinə həsr olunmuş yeni, fərqli və iddialı fotosessiyasını təqdim edib.
Qlobal.net xəbər verir ki, o, bu dəfə tamam fərqli obrazda – qısa və tünd saçlarla kamera qarşısına keçərək illərin təcrübəsini və sənət dəsti-xəttini özündə əks etdirən unikal vizuallarla çıxış edib.
Şəkillərin müəllifi tanınmış fotoqraf Həsən Əliyevdir. Sənətçi həmin görüntüləri şəxsi Instagram hesabında paylaşaraq, “Günahkar kimdir?” sözlərini yazıb. Bu, eyni zamanda sənətçinin yaxın günlərdə təqdim olunacaq yeni mahnısının adıdır.








