659be60f865be202401240951
Röya Ayxan Aygün Bəyləri məhkəməyə veribmiş - VİDEO

Aygün Bəylərin Röya Ayxan haqqında efirdə dediyi sözlər sosial şəbəkələrdə paylaşılıb. 

Qlobal.net axar.az-a istinadən xəbər verir ki, ötən il ARB-də “Səhər-səhər” verilişinin qonağı olan Aygün Bəylər Xalq artisti Röya Ayxanı sənətkar hesab etmədiyini bildirib və sənətdən biznes kimi istifadə edənlərlə sənətkarların bir-birindən fərqləndirilməli olduğunu qeyd edib. 

Aygün Bəylərin fikrinə baxmayaraq, aparıcı Elgiz Əkbər yenə də Röyanı “sənətkar” adlandırıb. Bundan sonra Aygün Bəylər qavalını da götürərək, verilişi tərk edib.

Qeyd edək ki, Röya Ayxan buna görə Aygün Bəyləri məhkəməyə verib. 

Xatırladaq ki, Aygün Bəylər 6 yanvar 2024-cü ildə müalicə üçün getdiyi Ankaradakı klinikaların birində dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkib. 48 yaşlı Əməkdar artistin bir övladı yadigar qalıb.


08.01.2024 16:09
show 1547