röya

Röya 220 minlik tərzi ilə GÜNDƏM OLDU - Moda dərsi verdi

Son zamanlar ard-arda yeni layihələr təqdim edən Xalq artisti Röya Ayxan bu dəfə geyimi ilə diqqət çəkib.

Qlobal.net xəbər verir ki, məclislərdən birində çıxış edən sənətçi "look"unun qiyməti ilə hər kəsi təəccübləndirib.

Onun əynindəki bahalı geyimi "Elisabetta Franchi" markasına aid olub. Libasın dəyəri 1060 dollardır (təxminən 1802 AZN) 

Sənətçinin ayaqqabısı "Giuseppe Zanotti" brendinə aiddir, qiyməti isə 1100 dollardır. (təxminən 1870 AZN)

İfaçı tünd sarı rəngli geyimlərini "Bulgari" brendinə aid bahalı zinət əşyaları ilə tamamlayıb. Onun boyunbağısının qiyməti 82 000 dollar (təxminən 139 400 AZN), sırğası  26300 dollar (təxminən 44 710 AZN), üzüyü isə 19500 dollar (təxminən 33 150 AZN) olub. 

Röya Ayxanın "look"unun ümumi dəyəri 129 960 dollar (təxminən  220 932 AZN) təşkil edib.

Sənətçi bahalı libasında lentə aldırdığı fotoları sosial şəbəkə hesabında yayımlayıb.

Onun bu "look"u müzakirələr yaradıb.(BAKU.WS)


01.05.2025 14:00
show 22